Topaz Premyer Liqasının son turunda AZAL üzərində əzmkar qələbə qazanan "Sumqayıt" istirahəti başa vurub. Futbolinfo.az xəbər verir ki, Aqil Məmmədovun komandası bu gün Sumqayıtda "Rəvan"la oyunun hazırlığına start verib.
Zədəli olan hücumçu Pərdis Fərcad-Azad və müdafiəçi Elşad Manafov komandadan ayrı çalışıb. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, "Rəvan" – "Sumqayıt" oyunu aprelin 4-də "Bayıl Arena"da keçiriləcək.