Türkiyə Super Liqasında çempionluq yarışından qopan “Qalatasaray”ın sabiq məşqçisi Hasan Şaş komandanın vəziyyətinə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, gənc mütəxəssis Fatih Terim və onun "Qalatasaray”dan ayrılmasından sonra komandanın çox zəiflədiyini deyib:
“Komandanın əvvəlki ruhu yoxdu. Görünür ki, kollektivdə komanda ruhu itib. Əgər Fatih Terimlə bərabər “Qalatasaray”a qayıtsaq, “Fənərbağça” bu qədər rahat çempion ola bilməz. Biz komandadan gedəndə “Qalatasaray”ı iki dəfə çempion edib, koboku, superkuboku və “Emireytes” kubokunu qazanmışdıq”.
Qeyd edək ki, Hasan Şaş ötən il Fatih Terimlə birgə "Qalatasaray"dan ayrılıb.