Azərbaycan Futbol Veteranları İttifaqı və AFFA-nın dəstəyi ilə ölkəmizdə veteranlardan ibarət komandalar arasında ilk ölkə çempionatı keçirilib. Futbolinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Veteranları İttifaqının prezidenti Oqtay Abdullayev məlumat verib.
 
Abdullayev bildirib ki, Sumqayıtda keçirilən yarışda 6 komanda iştirak edib. “Masallı”, “Naxçıvan” “Kəpəz”, “Milli Məclis”, “Sumqayıt” və “Neftçi” komandaları yarışın iştirakçıları olublar.
 
Final oyununda “Sumqayıt” və “Neftçi” klubları üz-üzə gəliblər. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan “Neftçi” çempionluğu qeyd edib.
 
Oqtay Abdullayev yarışdan sonra bildirib ki, bu turnirlər ənənəvi olaraq, keçiriləcək. Və ölkəmizin bütün ərazilərini əhatə edəcək.
Shares: