"Barselona"nın yarımmüdafiəçisi Serxio Buskets əzəli rəqibləri "Real"ın (Madrid) stopperi Pepe haqqında danışıb. Futbolinfo.az xəbər verir ki, o, sonuncu “El Klassiko”da müdafiəçinin başını bilərəkdən tapdalaması haqda yayılan xəbərlərə sərt reaksiya verib:
 
“Deyilənlər tamamilə yalnışdı. Heç Pepeyə toxunmamışam. Bunu demək axmaqlıqdı. Əgər Pepenin başını əzsəydim, indi onun üzündə butsumun 45 nömrəsinin izi qalardı. Bunlar tamamilə mətbuatın uydurmasıdı".
 
Qeyd edək ki, həmin epizodun görüntüləri günlərdi mətbuatın gündəmindədi.
Shares: