“Xəzər Lənkəran”ın müdafiəçisi Tyeqo de Xesusun futbolinfo.az saytına müsahibəsi
– "Neftçi" derbidə sizə qalib gəldi. Ardıcıl ikinci oyundu məğlub olursuz…
– Belə derbi oyunlarında xırda səhvlər oyunun taleyini həll edir. Ani diqqətsizlik nəticəsində Ernest Nfor yayınıb qol vura bildi. Elə o qol da onların qələbə qazanmasına yetərli oldu.
– Komanda birinci hissədə meydanın özünə aid hissəsindən çıxmaqda çətinlik çəkirdi. Amma ikinci hissədə bu, bir az dəyişdi…
– Bilirsiz, belə derbi oyunlarının startında bir az çətinliklər olur. İstər-istəməz ehtiyatlı oynayırdıq. Amma fasilədə komanda üzvləri arasında söhbət oldu. Dedik ki, daha yaxşı oynamalıyıq və hücumlar etməliyik. Elə ona görə də ikinci hissədə daha yaxşı oynadıq və hücumlar etdik.
– "Xəzər Lənkəran" çempionatda son 7 oyunda cəmi bir qələbə qazanıb. Bu da autsaydeer “Sumqayıt”la oyuna təsadüf edib…
– Hər komandanın enişli-yoxuşlu günləri olur. Biz çempionatın ikinci yarısına çox yaxşı başladıq. Liderlər qrupunda olan komandalarla oyunda 7 xal qazandıq. Amma sonra nə olduğunu bilmirəm.
– Demək olar ki, çempionat “Xəzər Lənkəran” üçün tamam bitib?
– Sizinlə razılaşmaya bilmirəm. Amma bu, o demək deyil ki, biz oyunlara məğlub olmaq üçün çıxacağıq. Hər oyuna qələbə üçün çıxacağıq. Hər matçda 3 xal qazanmaq üçün oynayacağıq.
– Bu məğlubiyyətlər kubokda komandaya təsir edə bilər?
– Yox, təsir göstərməyəcək. Əksinə, bu, kubok oyunlarına bizi daha çox motivasiya edəcək. Çünki komandada təcrübəli futbolçular var. Onlara belə şey təsir etməməlidi. Biz daha çox istəyəcəyik və kubokda irəli gedəcəyik. İndi daha ciddi düşünməliyik.
ELSEVƏR