Cari mövsüm uğursuz çıxışı ilə yadda qalan “Mançester Yunayted" gələn mövsüm böyük ehtimalla Çempionlar Liqasında olmayacaq. Bu isə “qırmızı şeytanlar”ın böyük gəlirdən məhrum olması deməkdi.
 
Futbolinfo.az xəbər verir ki, bunu nəzərə alan rəhbərlik komandanın ev oyunlarını keçirdiyi “Old Trafford” stadionunun ad haqqlarını satmaq qərarına gəlib. Hazırda ən yaxşı təklif məşhur "Nike" şirkətindən gəlib. Onlar stadionun adı üçün 10 illik müddətə 500 milyon funt-sterlinqdən keçməyə hazırdılar.
 
Qeyd edək ki, "Nike" həmçinin "Mançester Yunayted"in texniki sponsorlarından biridi.
Shares: