Futbol üzrə Azərbaycan yığmasının və Düsseldorf “Fortuna”sının hücumçusu Toğrul Eratın yaşıl meydanlara dönmə vaxtına təxmini aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, ilkin məlumatlara görə, Erat iki həftə futbolsuz qalacaq.
Xatırladaq ki, Erat Almaniya İkinci Bundesliqasının 28-ci turunun “İnqolştadt”la oyunun 18-ci dəqiqəsində zədələnərək, meydanı tərk etmişdi.