Topaz Premyer Liqasının 28-ci turunda “Neftçi”yə məğlub olan “Xəzər Lənkəran” hələ də Bakıdadı. Futbolinfo.az xəbər verir ki, növbəti turda “Qəbələ” ilə üz-üzə gələcək cənublular oyuna hazırlığı paytaxtda davam etdirir.
Bu gün məşqə çıxan “ağ-yaşıllar” sabah doğma şəhərə qayıdacaqlar və növbəti tura hazırlığı orada davam etdirəcəklər.
Türkiyədə keçirilən seçkilərdə iştirak etmək üçün ölkəsinə gedən Mustafa Dənizli də bu gün komandasının yanına qayıdacaq. Oğuz Çətin isə artıq düşərgədədi.