Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 28-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
 
“Sumqayıt” – AZAL matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 55-ci dəqiqəsində “Sumqayıt”ın məşqçisi Mehman Yunusov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
 
“Neftçi” – “Xəzər Lənkəran” matçının 28 və 32-ci dəqiqələrində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.
 
“Bakı” – “Simurq” matçının 45+1-ci dəqiqəsində “Bakı”nın futbolçusu Vüqar Mustafayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
 
“Qarabağ” – “Qəbələ” matçının 78-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Elnur Allahverdiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 65-ci dəqiqəsində “Qəbələ”nin məşqçisi Andrey Syomin hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb, klubu 5000 manat cərimə olunub.
Shares: