Patris Evra yeni mövsümdən İtaliya A Seriyasında oynamaq istəyir. Futbolinfo.az xəbər verir ki, "Mançester Yunayted"in müdafiəçisi barədə bu məlumatı Federiko Pastorello açıqlayıb.
Pastorello fransız futbolçunun "Mançester Yunayted"də qalacağını da istisna etməyib: "May ayında Evranın 33 yaşı tamam olacaq. Buna baxmayaraq o, daha 3-4 il oynamaq istəyir. "Roma" və "İnter"? Onunla söhbətləşirəm və A Seriyada oynaması mümkündür. Ancaq Evra "Mançester Yunayted"də də qala bilər. Hələlik Patris son qərarını verməyib".
Evra 2006-cı ildən MY-də forma geyir.