DÇ-2022-yə ev sahibliyi edəcək Qətər bu günədək heç bir ölkənin etmədiyini etmək fikrindədi. Futbolinfo.az xəbər verir ki, ərəb dövləti mundiala astronomik məbləğdə pul xərcləmək niyyətindədi.
Hansı ki, indiyədək bu məbləğin yarısını belə təşkilatçı ölkələr xərcləməyib. Ölkənin maliyyə naziri Əli Şerrif el-Emadi turnirin hazırlıqları üçün 62 milyard dollarlıq büdcə ayırdıqlarını açıqlayıb.
Bu büdcə ilə yeni stadionlar və bir sıra lazımlı işlər görüləcək. DÇ-2022 üçün təkcə bu il beş stadionun inşasına başlanması nəzərdə tutulub.