Madrid "Real"ının qapıçısı Dieqo Lopes haqqında qərəzli informasiyalar yayılmaqda davam edir. Futbolinfo.az xəbər verir ki, ötən günlərdə onun yayda klubdan ayrılacağı bildirilsə də, son olaraq qolkiperin meneceri şayələrə son qoyub.
 
Manuel Qarsiya müştərisinin gələcək karyerası ilə bağlı bunları deyib: "Dieqo güclü xarakterə malikdi. O, bütün diqqətini öz işinə yönəldib. Mənə onunadının hallandığı "Milan" və "Napoli" klublarının heç birindən zəng gəlməyib. Dieqo növbəti mövsüm də "Real"da qalacaq".
 
Lopes “Real”ın çempionatdakı əsas qapıçısıdı. Çempionlar Liqası və ölkə kubokunda isə qapını İker Kasilyas qoruyur.
Shares: