Futbol üzrə Ukrayna Premyer Liqasının 24-cü turunun “Karpatı” – “Mariupol” oyunu baş tutmayacaq.
Futbolinfo.az xəbər verir ki, buna səbəb Lvov klubunun bəzi futbolçu və əməkdaşlarının koronavirusa yoluxmasıdır. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Mayın 31-də keçirilməsi planlaşdırılan oyunun taleyi ilə bağlı tezliklə açıqlama veriləcək.
Koronavirus testi müsbət nəticələnən şəxslər karantinə alınıb.
Ukrayna Premyer Liqası bu gün bərpa olunacaq.