Fransanın “L’Equipe” nəşri dünyanın ən yaxşı məşqçisinin adını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, nəşrin versiyasına əsasən, dünyanın ən yaxşı məşqçisi “Real”ın çalışdırıcısı Zinəddin Zidan seçilib.
Fransalı mütəxəssis “Liverpul”un baş məşqçisi Yurgen Klopp və “Mançester Siti”ni çalışdıran Pep Qvardiolanı qabaqlayıb.
“Real” Zidanın rəhbərliyi altında son mövsümdə İspaniya La Liqasının qalibi olub. Bundan başqa, “kral klubu” fransalı mütəxəssislə üç dəfə UEFA Çempionlar Liqasını qazanıb.