Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazinin köməkçilərindən Alessandro Skaya təyinatı ilə bağlı açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis “Ternana Time” nəşrinə açıqlamasında bunları söyləyib:

“Yeni işim mənə çox maraqlı gəlir və sözsüz, digərlərindən fərqlənir. Avqustun 9-da Bakıya yola düşəcəyik. Beləliklə yeni işimə başlayacağam. Sentyabrın 5-də UEFA Millətlər Liqasında ilk oyunumuzu keçirəcəyik. Turnirə daha yaxşı hazırlaşmaq üçün avqust ayında Azərbaycanda olacağıq. Sonra isə hər ayın təqribən 10 gününü və ya hər hansı rəsmi öhdəlik götürənədək bu ölkədə işləyəcəyəm”.

Qeyd edək ki, AFFA Canni De Byazi ilə 1,5 illik müqavilə imzalayıb.

Shares: