Bu gün futbol üzrə Avropa Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.
Əsas yolda mübarizə aparan komandalar 36 cüt təşkil edib. Bunlardan ikisində 1-ci təsnifat mərhələsinin cütü yer alıb. Bu da həmin görüşlərin təxirə salınması ilə bağlıdır. Azərbaycanın vitse-çempionu “Neftçi”nin də rəqibi bəlli olub. Paytaxt təmsilçisi Türkiyə nəhəngi “Qarabağ”la mübarizə aparacaq.
Çempionlar yolunda 20 komanda 10 cüt təşkil edib. Bunlar Çempionlar Liqasında ilkin və 1-ci təsnifat mərhələsində uduzan komandalardır.
Bu mərhələnin matçları sentyabrın 17-də təşkil olunacaq. Cütlər bir oyunda münasibətlərini ayırd edəcək. Qarşılaşmanın ev sahibini də püşk müəyyənləşdirib.
Qeyd edək ki, sabah Avroliqada 3-cü təsnifat mərhələsinin də püşkü atılacaq.
Avropa Liqası
2-ci təsnifat mərhələsi
Əsas yol
“Neftçi” (Azərbaycan) – “Qalatasaray” (Türkiyə)
“Hammarbü” (İsveç) – “Lex” (Polşa)
“Kaysar” (Qazaxıstan) – APOEL (Kipr)
“Nomme Kalyu” (Estoniya)/”Mura” (Sloveniya) – “Orhus” (Danimarka)
“Makkabi” (Hayfa, İsrail)/“Jelezniçar” (Bosniya və Herseqovina) – “Kayrat” (Qazaxıstan)
“Lokomotivi” (Gürcüstan) – “Dinamo” (Moskva, Rusiya)
B-36 (Farer adaları) – TNS (Uels)
“Kolreyn” (Şimali İrlandiya) – “Motervell” (Şotlandiya)
“Göteborq” (İsveç) – “Kopenhagen” (Danimarka)
“Baçka Topola” (Serbiya) – “Styaua” (Rumıniya)
“Teuta” (Albaniya) – “Qranada” (İspaniya)
OFİ (Yunanıstan) – “Apollon” (Kipr)
“Proqress” (Lüksemburq) – “Villem II” (Niderland)
“Vikinq” (Norveç) – “Aberdin” (Şotlandiya)
“Bala Taun” (Uels) – “Standard” (Belçika)
“Sfintul” (Moldova) – “Partizan” (Serbiya)
ÇSKA (Sofiya, Bolqarıstan) – BATE (Belarus)
“Botoşani” (Rumıniya) – “Şkendiya” (Şimali Makedoniya)
“Lokomotiv” (Plovdiv, Bolqarıstan) – “Tottenhem” (İngiltərə)
“Laçi” (Albaniya) – “Hapoel” (Beer-Şeva, İsrail)
“Aris” (Yunanıstan) – “Kolos” (Ukrayna)
“Honved” (Macarıstan) – “Malmö” (İsveç)
“Ventspils” (Latviya) – “Rusenborq” (Norveç)
“Riteryay” (Litva) – “Slovan” (Çexiya)
“Linkoln” (Cəbəllütariq) – “Reyncers” (Şotlandiya)
“Servett” (İsveçrə) – “Reyms” (Fransa)
“Borats” (Bosniya və Herseqovina) – “Rio Ave” (Portuqaliya)
“Renova” (Şimali Makedoniya) – “Hayduk” (Xorvatiya)
“Olimpiya” (Sloveniya) – “Zrinski” (Bosniya və Herseqovina)
“Kukesi” (Albaniya) – “Volfsburq” (Almaniya)
“Dunayska” (Slovakiya) – “Yablonets” (Çexiya)
“Pyast” (Polşa) – “Hartberq” (Avstriya)
“Osiyek” (Xorvatiya) – “Bazel” (İsveçrə)
“Şemrok Rovers” (İrlandiya) – “Milan” (İtaliya)
“Hibernians” (Malta) – “Fehervar” (Macarıstan)
“Bodo Qlimt” (Norveç) – “Jalgiris” (Vilnüs, Litva)
Çempionlar yolu
“İnter” (Andorra) – “Dandalk” (İrlandiya)
“KuPS” (Finlandiya) – “Slovan” (Slovakiya)
“Linfild” (Şimali İrlandiya) – “Floriana” (Malta)
“Riqa” (Latviya) – “Tre Fiori” (San-Marino)
“Yurqorden” (İsveç) – “Europa” (Cəbəllütariq)
“Flora” (Estoniya) – “Reykyavik” (İslandiya)
“Sileks” (Şimali Makedoniya) – “Drita” (Kosovo)
“Astana” (Qazaxıstan) – “Buduçnost” (Monteneqro)
“Ararat” (Ermənistan) – “Fola Eş” (Lüksemburq)
“Konnah Kuey” (Uels) – “Dinamo” (Tbilisi, Gürcüstan)