Bu gün futbol üzrə Avropa Liqasında 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Neftçi”nin də potensial rəqibləri bəllidir.

Paytaxt klubu 2-ci təsnifat mərhələsində “Qalatasaray”la üz-üzə gələcək. 3-cü təsnifat mərhələsinin püşkatması zamanı bu komandalar arasında təşkil olunacaq görüşün qalibi daha yüksək reytinqlilərdən ibarət səpələnmişlər səbətinə düşüb. Potensial rəqiblər isə bunlardır:

“Sonderyuske” (Danimarka)
B36 (Torshavn, Farer adaları) – TNS (Uels) cütünün qalibi
“Renova” (Şimali Makedoniya) – “Hayduk” (Split, Xorvatiya) cütünün qalibi
“Olimpiya” (Lyublyana, Sloveniya) – “Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi

Qeyd edək ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasiminə saat 15:00-da start veriləcək.

Shares: