Milli komanda
AFFA-dan ikili standart: Abdullayev niyə iki yığmada işləyir?

AFFA yenə ikili standartlarla işləyir. Kiməsə bir şeyi qadağan edir, bir başqasına özləri eyni şəraiti yaradırlar.
Milli komandanın son oyunlarında baş məşqçi Canni De Byazinin yanında əyləşən köməkçi məşqçilərin sırasında Elxan Abdullayev də göründü. Halbuki bu şəxs U-18 millimizin baş məşqçisidir və il ərzində məşğul olması gərəkən futbolçular var. Lakin ona bir yerdən maaş almaq istəməyib və özünü tapşırtdırıb.

Vaxtilə iki yerdə işləməsinin çətinliyini önə çəkərək Qurban Qurbanovu millidən kənarlaşdıran da bu AFFA idi, Moskva ÇSKA-da fəaliyyətə başlayan Dmitri Kramarenkonu seçim qarşısında qoyan da. Halbuki assosiasiyada bir vəzifədə çalışan ümumiyyətlə, kimsə yoxdur. Abdullayevin də tapşıranı var deyə ona “yaşıl işıq yandırıblar”.
Maraqlısı odur ki, sabah U-18-in hansısa oyunu və ya toplanışı əsas milli ilə üst-üstə düşə bilər. Görəsən, o vaxt Elxan bəyi dəmirkəsən mişarla iki yerə böləcəklər, yoxsa taxtakəsənlə?

- Ölkə futbolu2023-05-23 20:41
Şeydayevin başqa müştəriləri də var imiş
- Ölkə futbolu2023-05-24 08:30
Qurban Qurbanov Jan Borotra fəxri diplomuna layiq görüldü
- Ölkə futbolu2023-05-25 08:30
Şeydayev kəndlilərin komandasında: növbəti uğurlu azad agent ovu
- Ölkə futbolu2023-05-24 15:45
“Qarabağ” üçün maraqlı xəbər: Lunyov Rusiyaya qayıtmayacaq