Milli komanda
AFFA Fernandu Santuşla “3+1” illik müqavilə bağlayıb
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
AFFA rəhbərliyi Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuşla “3+1” illik müqavilə bağlayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev millinin yeni baş məşqçisi Fernandu Santuşun təyinatı ilə bağlı danışarkən deyib.
Hacıyev 69 yaşlı portuqaliyalı mütəxəssisin Polşa millisindən və Türkiyənin “Beşiktaş” klubundan təzminat alaraq ayrılmasına münasibət bildirib: “Bilmədiyimiz səbəblərə görə qərar vermək düzgün deyil. Məşqçinin ayrılması normaldır. Bizimlə müqaviləsi 3+1 illikdir. Təzminat və maddi məsələləri açıqlaya bilmərik. Bu normaldır”.
Fernandu Santuşun qarşısına AÇ-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyulub.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)