Ağdaş rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümü və 28 May – Müstəqillik günü münasibətilə keçirilən rayon çempionatı başa çatıb.

Yarışda 10 komanda qalib adı uğrunda mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində baş tutan turnirin həlledici görüşündə qalib Ağdaş şəhər stadionunda müəyyənləşib.

Xosrov kənd komandası son matçda rayonun eyniadlı komandasını məğlub edərək turnirin qalibi adını qazanıb. Qalib komandaya medal, diplom və kubok təqdim olunub.

BƏHRUZ MUSAYEV, AĞDAŞ

26800efc 20e1 4605 b6ac 3b9c9269938b - Futbolinfo.az
9d55bf3e 483a 4092 9297 2c5743f6202f - Futbolinfo.az
Shares: