“Səbail”dən getmək barədə heç bir şey danışmamışam. Sadəcə müsahibədə o cür dərc etmişdilər”.

Bu sözləri futbolinfo.az-a açıqlamasında “Səbail”in qapıçısı Aleksandr Rıbka deyib.

O, mövsüm sonunda Bakı klubundan ayrılacağı ilə bağlı gəzən xəbərlərə münasibət bildirib: “Mən sadəcə demişəm ki, futbolçunun karyerasında hər şey baş verə bilər. Hansısa təklif olar ki, həm mənə, həm kluba sərf edər. Bundan onlar da qazanar, mən də. Bunu düşünərək danışmışam. Ancaq indiki durumda klubu tərk etmək niyyətində deyiləm. Hələ ki, 1 illik müqaviləm var. Növbəti ili də burda keçirib komandaya xeyir vermək istəyirəm. Hər şeydən razıyam. Klubun, məşqçinin mənə olan münasibəti yaxşıdır. Klubdakı vəziyyətim qənaətbəxşdir”.

Rıbka ona gələn təkliflər olması barədə də danışıb: “Hələ ki, başqa klublardan konkret təklif gəlməyib. Çünki hər kəs bilir ki, müqaviləm var. Bu baxımdan növbəti ili “Səbail”də keçirmək fikrindəyəm”.

Ukraynalı çərçivə qoruyucusu “Sabah”a keçəcəyi ilə bağlı məsələlərə də aydınlıq gətirib: “Sabah”a keçəcəyimlə bağlı xəbərlər böyük ehtimalla şayiədi. Hətta bunu necə şərh edəcəyimi bilmirəm. Özüm də Azərbaycan saytlarını oxuyuram. Bu informasiya hardan gəlib bilmirəm. Özümə də çox maraqlıdı”.

Shares: