Yunan Roma güləşi üzrə böyüklərdən ibarət milli komandamız Göygöldə Olimpiya Oyunlarına hazırlaşır. 10 günə yaxındır yerli olimpiya idman kompleksində hazırlıq keçən yığmamız, əsasən fiziki çalışmalara üstünlük verir.

Toplanışda Olimpiyadaya lisenziya qazanan güləşçilərin hamısı yer alıb. Məşqçilər korpusu hazırlıq çərçivəsində fiziki məşqlərlə döşək məşqlərini paralel olaraq keçirlər. Olimpiada yolunda ilk məşq prosesi uğurlu çıxışa hesablanıb.

Aleksandr Tarakanov (milli komandanın baş məşqçisi): “Şəraitimiz əladır. Necə deyərlər: məşq elə və güləş. Hər şey yaxşıdır. Bizə göstərilən etimadı doğrultmalıyıq. Ümidləri doğultmağımız medaldan asılıdır. Olimpiya Oyunlarında mükafat qazanmalıyıq. Uşaqlar buna kökləniblər, əzmlə, səylə məşq edirlər. Bəlkə kiminsə zədəsi ola bilər, amma buna fikir vermədən hazırlaşırlar. Çünki başa düşürlər ki, məqsəd birdir – Olimpiadada uğurla çıxış etmək. Uşaqlar ən yüksək nəticəyə can atırlar. Vaxtından əvvəl danışmağı sevmirəm, hər şey yaxşı olmalıdır. Güləşçilər bunu yaxşı başa düşürlər, son vaxtlar turnirlərdə necə mübarizə aparırlarsa, Olimpiadada da o cür yarışıb nəticə əldə edəcəyik”.

549e0064 b6e7 49a9 846e 99187796577a - Futbolinfo.az

Göygöldəki təlim-məşq toplanışından sonra millimiz iyunun 30-da Vladiqafqaza yollanacaq. Orada 6 ölkənin olimpiyaçıları ilə birlikdə toplanış keçəcək komandamız, əsasən döşək üzərində məşqlərə üstünlük verəcək. Olimpiada yolunda son məşq prosesi Qubada olacaq.

BƏHRUZ MUSAYEV, GÖYGÖL

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp