Dünya futbolu
Almaniya prezidentindən milli komandaya dəstək
Almaniya prezidenti Frank-Valter Ştaynmayer DÇ-2022-nin pley-off mərhələsinə vəsiqə qazana bilməyən milli komanda haqda danışıb.
Futbolinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə başçısı DÇ-2022-nin asan keçmədiyini bildirib:
“Əziz milli komanda, bizim üçün dünya çempionatı asan keçmədi. Əlbəttə, sizi alqışlamaq istərdik. Dərindən nəfəs almaq, bir az dincəlmək və yenidən enerji toplayaraq növbəti turnirə hazırlaşmağın vaxtıdır. Sizə uğurlar arzulayıram!”
E qrupuna Yaponiya 6 xalla başçılıq edir. İspaniya ikinci (4 xal), Almaniya üçüncü (4 xal), Kosta Rika isə sonuncu pillədə (3 xal) qərarlaşıb. Almaniya top fərqinə görə uduzaraq növbəti mərhələyə vəsiqə qazana bilməyib.
Pley-off mərhələsində Yaponiya Xorvatiya ilə, İspaniya isə Mərakeşlə qarşılaşacaq.
- Ölkə futbolu2024-07-14 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-12 13:30
Bu gün “Sabah” – “Makkabi” oyununun biletləri satışa çıxarılacaq
- Dünya futbolu2024-07-12 11:02
Mbappenin təqdimatına 100 min adam gəlmək istəyir
- Ölkə futbolu2024-07-12 20:18
Şeydayev “Kocaelispor”dan ayrıldı – “Neftçi”yə gəlir