Madrid “Real”ı və Almaniya millisinin 34 yaşlı yarımmüdafiəçisi Toni Kroos Avro-2024-dən sonra karyerasını başa vuracağını açıqlayıb. İspaniya klubunun baş məşqçisi Karlo Ançelotti Toni Kroos ilə söhbətinin təfərrüatlarını paylaşıb.

“Biz bu barədə danışdıq, o, yüksək notlarda getmək istədiyinə əmin idi. Bu şəkildə bitirmək ideal olardı, hamı belə istəyərdi. Amma belə bir addımı atmaq cəsarət tələb edir.

Toni əsl almandır və onu fikrindən daşındırmaq çox çətindir. Söhbətimizdə nə kövrəlmək , nə də göz yaşları olmadı”, – italyan mütəxəssis bildirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp