Dünya futbolu
Ançelotti yeni transferlər istəyir

Karlo Ançelotti yeni transferlər istəyir. “Real”ın baş məşqçisi xüsusilə hüccum xəttinin gücləndirilməsini vacib hesab edir.
Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis La Liqanın bağlanış turunda “Atletik”lə ev matçından (1:1) sonra bu barədə danışıb: “Hücumda ciddi transferlərə ehtiyacımız var və bunu edəcəyik. Kərim Benzemanın gedişindən sonra bu daha da vacib oldu. Çoxlu qol vuran, komanda yoldaşları ilə yaxşı anlaşan bir forvard axtarırıq”.
“Real” son günlər bir neçə futbolçu ilə yollarını ayırıb. Benzema ilə yanaşı, Marko Asensio, Eden Hazard, Mariano Dias azad agent kimi Madridlə vidalaşıb.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat
- Ölkə futbolu2023-09-14 09:30
Melano “Neftçi”yə Korreanın məsləhəti ilə gəlib