Dünya futbolu
Aqueronun canlı yayımda halı pisləşdi

Argentina millisinin sabiq hücumçusu Serxio Aquero canlı yayım zamanı mini aritmiya (ürəyin normal ritminin pozulması) keçirib.
Futbolinfo.az xəbər verir ki, verilişin aparıcısı ilə söhbət zamanı Aqueronun halı pisləşib.
Əlini ürəyinin üstünə qoyaraq susan Aquero müəyyən pauzanın ardından səhhətində problem yarandığını deyib. Futbolçu həkim müayinəsindən sonra aritmiya keçirdiyini, lakin hər şeyin qaydasında olduğunu bildirib.
Xatırladaq ki, Serxionun son klubu “Barselona” olub. O, 2021-ci ilin yayında Kataloniya təmsilçisinə keçib və dörd ay sonra məhz ürəyində yaranan problem üzündən karyerasını bitirmək məcburiyyətində qalıb.

- I Divizion2023-05-26 08:30
MOİK Diviziondan uzaqlaşdırıla bilər
- Ölkə futbolu2023-05-25 08:30
Şeydayev kəndlilərin komandasında: növbəti uğurlu azad agent ovu
- I Divizion2023-05-25 15:39
AFFA rəhbərliyinin səbəbkar olduğu bataqlıq: stimulu qumarda tapanlar
- Ölkə futbolu2023-05-26 10:20
“Neftçi” Rusiyada oynayacaq