Ölkə futbolu
“Araz-Naxçıvan” 4 futbolçudan imtina etdi
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Yeni mövsümün planlarını cızan “Araz-Naxçıvan” ardıcıl transferlər edir. 4 yerli oyunçunu heyətinə qatan, 8 futbolçu ilə yeni müqavilə imzalayan muxtar respublika təmsilçisindən ayrılanlar da var.
Futbolinfo.az xəbər verir ki, klub rəsmən açıqlamasa da, Turan Manafov, Nicat Süleymanov, Orxan Əlyev və Tural Bayramlı ilə yollar ayrılıb. Onların heç birinə yeni müqavilə təklif edilməyib. Əsas heyətə düşə bilməyən Nicatla Turalın aqibəti hardasa bəlli idi. Əsas gözlənilməzlik komandanın bombardiri olan Orxandan imtinadır. Daim əsas heyətdə çıxış edən Turanın isə rejimə və intizama əməl etmədiyi üçün təklif almadığı deyilir.
Naxçıvanlılar bir neçə legionerlə də vidalaşacaq. Konkret kimlərin göndərilməsi isə yeni gələcək əcnəbilərin adları dəqiqləşəndən sonra bilinəcək.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-06-10 08:00
“Qarabağ”in ilk transferi xorvat qapıçı oldu – EKSKLÜZİV
- Ölkə futbolu2024-06-10 07:30
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Milli komanda2024-06-09 10:29
Rahil yığmadan ayrıldı, Elvin heyətə qoşuldu
- Ölkə futbolu2024-06-08 13:30
“Səbail” “Qarabağ”ın futbolçusunu heyətinə qatdı