Bu gün Misli Premyer Liqasında 20-ci tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Mərdəkanda “Araz-Naxçıvan”la “Sumqayıt” arasında baş tutub.

Bu oyunda qalib müəyyənləşməyib.

Turun son matçında isə “Neftçi” autsayder “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Xatırladaq ki, daha öncə “Turan Tovuz” “Səbail”i 3:1 hesabıyla məğlub edib, “Kəpəz” “Qarabağ”a (1:2), “Zirə” isə “Sabah”a (0:1) uduzub.

Misli Premyer Liqası
20-ci tur

28 yanvar

“Araz-Naxçıvan” – “Sumqayıt” 1:1
Qollar: Vanderson Melo, 59 – İsa Suliman, 45.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Teymur Teymurov, Kamran Əliyev
“Dalğa Arena”, 15:00.

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 3. Turan Manafov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 9. Elvis Maşike, 29. Vanderson Melo, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 17. İldar Alekperov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 23. Nuno Rodriqes
Baş məşqçi: Azər Bağırov
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 4. İsa Suliman, 10. Kamran Aliev, 71. Masaki Murata, 60. Tresor Mossi
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı, 12. Abu Dosso, 9. Erik Sorqa
Baş məşqçi: Samir Abasov

Shares: