Bizi izləyin

Milli komanda

Arifə bir işarə

blank
blank

Milli komandamızın Macarıstan toplanışı çərçivəsində keçirdiyi ikinci və sonuncu yoldaşlıq matçı maraqlı məqamlarla yadda qaldı. Qazaxıstanla görüşdə yığmamızın ifasında “come-back” izləməklə yanaşı, Qurban Qurbanovun 20 illik rekordunun təkrarlanmasının şahidi olduq.

Baş məşqçi əvəzi Arif Əsədovun rəhbərliyi altında 4 gün öncə Albaniyaya uduzan (1:3) millimiz əslində, həmin oyunda da pis təsir bağışlamamışdı. Komandamızın hücum potensialının yaxşı olduğunu ardıcıl hücumlar qurmaqla, qol vəziyyətləri yaratmaqla bir daha isbatlamışdı. Sadəcə, buraxılan fərdi səhvlər bizə baha başa oturmuş, nəticədə AVRO-2024-də iştirak edəcək Albaniya önündə məğlubiyyət qaçılmaz olmuşdu.

Bizim üçün daha münasib rəqib sayılan Qazaxıstanla oyunda da yığmamızın ifasında hücum futbolu izlədik. Matçın gedişatı Albaniya ilə oyunda olduğu kimi, bizi məğlubiyyətə aparırdı. Lakin futbolçularımız bu dəfə geridönüş etməyi, meydanı qalib kimi tərk etməyi bacardılar.

Qapıda yenə Şahruddin Məhəmmədəliyevə yer verən Arif Əsədov ilk oyunla müqayisədə müdafiədə dəyişikliklərə əl atmışdı. Albaniya ilə matçda müdafiənin mərkəzində Bədavi Hüseynov və Bəhlul Mustafazadə tandem təşkil etdiyi halda, bu dəfə Bədavinin yanında Anton Krivotsyuk oynadı. Bəhlulun “11-lik”dən kənarda qalması çox güman ki, Albaniya ilə görüşdə etdiyi və qolla nəticələnən fərdi səhvi ilə bağlı idi.

Müdafiənin sol cinahında yenə Elvin Cəfərquliyev iş başında olduğu halda, sağ cinahda məcburi dəyişiklik edilmişdi. Rahil Məmmədov Albaniya ilə oyundan sonra yığmanın düşərgəsini tərk etdiyindən, Əsədov onun mövqeyində “Sabah”ın futbolçusu Amin Seydiyevə şans vermişdi.

Yarımmüdafiənin mərkəzində də dəyişiklik edilmişdi. Albaniya ilə matçla müqayisədə Emin Mahmudov və Aleksey İsayev yenə start heyətdə yer aldığı halda, Coşqun Diniyev bu dəfə ehtiyatda qalmışdı. Əvəzində “Sabah”ın kapitanı Elvin Camalov start heyətdə meydana buraxılmışdı. Ön xətdə isə yenə Ramil Şeydayev, Mahir Emreli və Toral Bayramov triosu yer almışdı.

Oyun millimiz üçün heç də yaxşı başlamadı. Artıq 2-ci dəqiqədə komandamız erkən qol buraxdı. Korner zamanı müdafiəçilərimizin diqqətsizliyi hesabda geri düşməyimizlə nəticələndi. Amma bu, komandamızı ruhdan salmadı. Dərhal hücuma atılan yığmamız artıq 5-ci dəqiqədə bərabərlik qolunu vura bilərdi. Di gəl ki, Ramil Şeydayevin ötürməsindən sonra Emin Mahmudovun zərbəsinin qarşısını qapı tiri kəsdi. Ardınca Toral Bayramovun uzaq məsafədən zərbəsini qazaxların qapıçısı dəf etdi. Yığmamız ardıcıl hücumlar qurduğu bir vaxtda gözlənilmədən ikinci qolu buraxdı. Əks-hücumda bizi yaxalayan qazaxlar hesab arasındakı fərqi artırdılar.

İkinci qoldan sonra düşünmək olardı ki, millimiz albanlarla oyundakı kimi, yenə gedişatı dəyişmək üçün özündə güc tapa bilməyəcək. Amma komandamız bu dəfə hər kəsi təəccübləndirməyi bacardı. Əvvəlcə ilk hissənin sonunadək hesab arasındakı fərqi azaltmaq mümkün oldu. 42-ci dəqiqədə Emin Mahmudovun ötürməsindən sonra oyunboyu fəallığı ilə seçilən Mahir Emreli dəqiq zərbə ilə toru silkələdi. Onun zərbəsindən sonra rəqib müdafiəçiyə dəyən top istiqamətini bir qədər dəyişdi və qapıdan keçdi.

Fasiləyə minimal fərqlə yollanan yığmamız ikinci hissəni daha yaxşı keçirdi. Qazaxlar millimizin fasilədən sonrakı təzyiqi qarşısında çox tab gətirə bilmədi. Artıq 49-cu dəqiqədə Mahir Emrelinin qarşısı cərimə meydançası daxilində kobudluqla kəsildi və hakim qazaxların qapısına penalti təyin etdi. Topa yaxınlaşan Emin Mahmudov 11 metrlik cərimə zərbəsini adəti üzrə soyuqqanlı şəkildə yerinə yetirdi və yığmada vurduğu qolların sayını 14-ə çatdırdı. Bununla da Emin millinin 20 illik bombardiri Qurban Qurbanovun rekordunu təkrarladı. Vuracağı daha bir qol Mahmudovu yığma tarixinin ən sərrast oyunçusuna çevirəcək.

Hesab bərabərləşdikdən sonra sanki komandamız arxayınlaşdı. Təsadüfi deyil ki, Qazaxıstan 5 dəqiqə ərzində 2 real qol vəziyyətindən istifadə edə bilmədi. Həmin epizodlarda bəxtimiz gətirdi. Ancaq dərhal toparlanaraq yenidən hücuma atıldıq. Nəticədə komandamız ardıcıl qol vəziyyətləri yaratdı. Epizodların birində oyuna ikinci hissədə daxil olan Musa Qurbanlının zərbəsi dəqiq alınmadı. Ardınca Ramil Şeydayevin zərbəsini qapıçı dəf etdi, qayıdan topu isə Emin Mahmudov tora qovuşdura bilmədi. Yığmamızın budəfəki təzyiqi də çox keçmədi ki, bəhrəsini verdi. 72-ci dəqiqədə Toral Bayramov cərimə zərbəsindən baxımlı qola imza atdı. Bu, Toralın yığmada keçirdiyi 23-cü oyunda ikinci qolu oldu.

Bu qol həm də oyunun yekun nəticəsini müəyyənləşdirdi. Beləliklə, millimiz 0:2 hesabı ilə uduzduğu qarşılaşmada geridönüş edərək, qələbə qazanmağı bacardı.

Son oyunlar bir daha göstərdi ki, hazırkı yığmanın hücum potensialı yaxşıdır. Sadəcə, rəqiblərdən çəkinməməli, meydana 7-8 müdafiəyəmeylli futbolçuyla çıxmamalıyıq. Ən azı bizim səviyyədə və bizdən çox da güclü olmayan yığmalarla oyunlarda komandaya hücum futbolu oynatmaq lazımdır. Xoşbəxtliyi müdafiədə qapanmaqla deyil, rəqib qapısı önündə qol vəziyyətləri yaratmaqla axtarmaq lazımdır. Albaniya və Qazaxıstanla görüşlər bir daha təsdiqlədi ki, bu, millimizdə daha yaxşı alınır.

Yığmaya müvəqqəti rəhbərlik edən Arif Əsədov bunu qısa zamanda anladı və ixtiyarında olan futbolçulardan ən doğrusunu – hücum futbolunu tələb etdi. “Arifə bir işarə bəs edər” məsələ boş yerə deyilməyib ki… Ümid edək ki, Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş da ilk gündən yığmamızın hücumda daha kəsərli olduğunu dərk edəcək.

ABBAS

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Milli komanda2024-06-12 15:32

Arifə bir işarə

blank
AÇ-20242024-06-12 15:15

AÇ-2024-ün açılış matçının hakimləri məlum oldu

blank
Dünya futbolu2024-06-12 14:56

“İnter”də yeni müqavilə

blank
Digər idman növləri2024-06-12 14:37

AMADA-dan gimnastlar üçün antidopinq maarifləndirmə seminarı

blank
Digər idman növləri2024-06-12 14:20

Üçqat dünya çempionunun uşaqlıq illərindən bəhs edəcək film çəkilir

blank
Digər idman növləri2024-06-12 14:03

Azərbaycan güləşçiləri Rusiyadakı turnirdə iştirak edəcəklər

blank
Dünya futbolu2024-06-12 13:48

Dobvik “Atletiko” yolunda

blank
Ölkə futbolu2024-06-12 13:31

Agenti “Qarabağ”ın Kadiyə təklif göndərdiyini təsdiqlədi

blank
Milli komanda2024-06-12 13:14

Millimizin yeni baş məşqçisinin təqdimat mərasiminin vaxtı açıqlandı

blank
Milli komanda2024-06-12 12:57

Dəyişməyən AFFA – yenə adı seçdilər, yenə yadı seçdilər

blank
Müsahibə2024-06-12 12:42

“Daha yaxşısını edə bilərdim”

blank
Ölkə futbolu2024-06-12 12:36

“Zirə”nin legioneri “quru” oyun sayında həmkarlarını üstələdi

blank
Digər idman növləri2024-06-12 12:25

Avroliqanın ulduzu Olimpiya təsnifat turnirindən kənarda qaldı

blank
Ölkə futbolu2024-06-12 12:04

“Sumqayıt”da növbəti ayrılıq

blank
Digər idman növləri2024-06-12 11:53

Ferstappenin ən yaxşı “beşliy”i

blank
Milli komanda2024-06-12 11:41

Millimizin yeni baş məşqçisi bəlli oldu – RƏSMİ

blank
Digər idman növləri2024-06-12 11:38

MBA-da klubların sayı arta bilər

blank
Dünya futbolu2024-06-12 11:21

“Çelsi” kolumbiyalı hücumçunu istəyir

blank
Dünya futbolu2024-06-12 11:04

Kutaisidə superklub yaradılır

blank
Milli komanda2024-06-12 10:49

Mahiri fərqləndirdilər

blank
Dünya futbolu2024-06-12 10:32

Gilyerme İngiltərəyə gəlir

blank
Ölkə futbolu2024-06-12 10:16

“Qarabağ”ın yay hazırlıq planı

blank
Müsahibə2024-06-12 10:00

Çerçesov: “Komandanızı bəlkə də sizdən yaxşı tanıyıram”

blank
Dünya futbolu2024-06-12 09:42

Luis Alberto Qətərə getdi

blank
Milli komanda2024-06-12 09:24

Angelovski millimizə gəlməyə namizəd deyil

blank
Dünya futbolu2024-06-12 09:07

İtaliya klubunda yeni baş məşqçi

blank
Milli komanda2024-06-12 08:50

“Azərbaycan qələbəyə layiq idi”

blank
Dünya futbolu2024-06-12 08:35

“Mançester Yunayted” baş məşqçisini dəyişməyəcək – qərar verildi

blank
Ölkə futbolu2024-06-12 08:30

Klublarımızın yay transferləri – YENİLƏNİR

blank
Digər idman növləri2024-06-12 08:17

Yaşıl dünya naminə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm