Dünya futbolu
“Arsenal” israrından əl çəkmir – məbləği artırdılar

“Arsenal” Moyzes Kaysedonun transferindən vaz keçmir. Londonlular transfer pəncərəsi bağlanana qədər yarımmüdafiəçini heyətinə qatmaq üçün cəhd edəcək.
Futbolinfo.az xəbər verir ki, “Brayton” “topçular”ın 60 milyon funt-sterlinlik ilk təklifini geri çevirmişdi. “Çelsi”yə də “yox” deyən komanda ekvadorlunu azı yayadək heyətində saxlamağa çalışır. Lakin “Arsenal” növbəti dəfə “Brayton”un qapısını döyüb. Məbləği 70 milyon funt-sterlinqə qaldıran paytaxt təmsilçisi keçiddə israrlıdır.
“Brayton” bu transfer məsələsinin qapandığını bildirsə də, futbolçunun getmək istəməsini dilə gətirməsi vəziyyəti dəyişib. Klublar üçün bacarlıq etməyə çox qısa zaman qalıb. Sabah transfer mövsümü bitəcəyindən hər an qərar verilə bilər.
