Dünya futbolu
Asensio PSJ ilə razılaşıb
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Marko Asensio haqda fərqli xəbərlər yayılmağa başlayıb. “Aston Villa” ilə müqavilə bağladığı deyilən ispan cinah oyunçusunun İngiltərəyə getməyəcəyi anlaşıb.
Futbolinfo.az xəbər verir ki, “Real”dan azad agent kimi ayrılan oyunçu həmyerlisinin çalışdırdığı Birmengem təmsilçisinə keçmək üzrə idi. Madriddə qalmaq isyəməyən Marko “Aston Villa”ya görə başqa təklifləri də geri çevirmişdi. İndi isə onun Fransada qərar tutacağı bldirilir.
Xarici mətbuatın yazdıqlarına inansaq, Asensio PSJ ilə 4 illik müqavilə bağlayıb. İlkin anlaşmaya görə o, ildə 10 milyon avro qazanacaq. Keçidin tezliklə rəsmən açıqlanması gözlənilir.
Xatırladaq ki, “Aston Villa” Markoya ildə 4 milyon avro qazanmaq fürsəti yaratmışdı. Görünür şərtlərdəki ciddi fərq futbolçunu Parisə yönəldib.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-14 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-13 18:00
“Qarabağ” karyeram üçün mükəmməldir” – Buntiç
- Ölkə futbolu2024-07-13 00:40
“Oyunçular onlardan tələb olunanları meydanda göstərməyə başlayıblar”
- Digər idman növləri2024-07-13 16:46
Ən varlı Formula 1 sürücülərinin siyahısı açıqlandı