Futbol üzrə Avropa Liqasında və Avropa Konfrans Liqasında da qrup mərhələsinin 2-ci turunun ən yaxşı oyunçuları müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Avroliqada bu ada Praqa “Slaviya”sının (Çexiya) hücumçusu Moymir Xıtil layiq görülüb.

O, digər namizədlər – Matteo Rucceri (“Atalanta”, İtaliya), Andrea Belotti (“Roma”, İtaliya) və Lukas Paketanı (“Vest Hem”, İngiltərə) geridə qoyub.

Xıtil “Slaviya”nın Moldova “Şerif”ini 6 cavabsız qolla məğlub etdiyi ev oyununda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Konfrans Liqasında isə həftənin oyunçusu adına Benjamin Nüqren (“Nordsyelland”, Danimarka) layiq görülüb. O, Bolqarıstanın “Ludoqorets” komandasına 7:1 hesabıyla qalib gəldikləri matçda dubla imza atmışdı. Nüqren Vensan Abubakar (“Beşiktaş”, Türkiyə), Coşua Kinq (“Fənərbaxça”, Türkiyə), Tarik Tissudalini (“Gent”, Belçika) geridə qoyub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp