Bu gün Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.
Futbolinfo.az xəbər verir ki, hər iki finalçı eyni gündə müəyyənləşəcək.
Almaniya çempionu “Bayer” İtaliyada 2 cavabsız qolla məğlub etdiyi “Roma” ilə bu dəfə doğma meydanda üz-üzə gələcək.
İtaliyanın digər təmsilçisi “Atalanta” isə evdə Marsel “Olimpik”i ilə qarşılaşacaq. Tərəflər Fransada keçirilmiş ilk oyundan heç-heçə ilə ayrılıblar.
Avropa Liqası
Yarımfinalın cavab oyunları
9 may
23:00. “Bayer” (Almaniya) – “Roma” (İtaliya)
İlk oyun – 2:0.
23:00. “Atalanta” (İtaliya) – “Olimpik” (Marsel, Fransa)
İlk oyun – 1:1.