UEFA 17 və 19 yaşadək futbolçulardan ibarət yığmalar arasında qarşıdakı Avropa çempionatlarının keçiriləcəyi ölkələrin adını açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Yarışlara adları aşağıda göstərilən ölkələr ev sahibliyi edəcək.

17 yaşadək futbolçular arasında Avropa çempionatı

Qızlar

  1. Estoniya
  2. İsveç
  3. Farer adaları

Oğlanlar

  1. Macarıstan
  2. Kipr

19 yaşadək futbolçular arasında Avropa çempionatı

Qızlar

  1. Belçika
  2. Litva
  3. Belarus

Oğlanlar

  1. Malta
  2. Şimali İrlandiya
  3. Rumıniya

19 yaşadək futzalçılardan ibarət yığmalar arasında 2022-ci il Avropa çempionatı isə İspaniyada təşkil olunacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp