Digər idman növləri
Avropa çempionumuz DÇ-də mübarizəyə qoşulur
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Bu gün Azərbaycanın daha bir cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
Futbolinfo.az xəbər verir ki, 100 kq çəki dərəcəsində Zelim Kotsoyev tatamiyə çıxacaq.
2023-cü ildə Avropa çempionu olan idmançı 1/16 finalda Pyotr Kuçera (Polşa) – Jonqhoon Von (Cənubi Koreya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, mundial mayın 24-də başa çatacaq. İndiyədək milli üzvlərindən Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb. Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)