Digər idman növləri
Azərbaycan çempionatının püşkü atıldı

Qadın şahmatçılar arasında Azərbaycan çempionatının püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, 11 şahmatçının iştirak etdiyi yarışda ilk turun görüşləri Ləman Hacıyeva və Türkan Məmmədyarova, Ayan Allahverdiyeva və Xəyalə Abdulla, Zeynəb Məmmədyarova və Gülnar Məmmədova, Xanım Balacayeva və Gövhər Beydullayeva, Səbinə İbrahimova və Nərmin Abdinova arasında oynanılacaq. Nurtan Nuriyeva birinci turda istirahət edəcək.
Çempionatın reytinq favoriti son çempion Gövhər Beydullayevadır (2387).
11 turdan ibarət çempionatın baş hakimi Ülkər Umudova olacaq. İlk turun oyunları fevralın 4-də saat 14-30-da başlayacaq.
Yarışın ümumi mükafat fondu artırılaraq 15 min manata çatdırılıb. Qalib şahmatçı 5000 manat pul mükafatı qazanacaq.

- Ölkə futbolu2023-03-30 19:53
“Transfer məsələləri ilə menecerim maraqlanır, yayda baxacağıq”
- Ölkə futbolu2023-03-31 11:34
Amin Ramazanov İkardi ilə nədən danışıb?
- Premyer-liqa2023-03-31 17:23
“Turan Tovuz” “Sumqayıt”a doğma meydanda uduzdu
- Ölkə futbolu2023-03-31 10:45
Qurban Qurbanov Şahruddinlə bağlı risk etməyəcək