Digər idman növləri
Azərbaycan yığmasından Premyer Liqada beş medal

Azərbaycan karateçiləri Misirin paytaxtı Qahirədə keçirilmiş Premyer Liqa turnirində 5 bürünc medal qazanıblar.
Futbolinfo.az xəbər verir ki, Tural Ağalarzadə (60 kq), Fərid Ağayev (75 kq), Turqut Həsənov (84 kq), Mədinə Sadiqova (55 kq) və İrina Zaretska (68 kq) üçüncü yeri tutub.
Əminağa Quliyev (60 kq), Ayxan Mamayev (84 kq) və Asiman Qurbanlı (84+ kq) son anda medalı əldən verib.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov mükafatlandırma mərasimində iştirak edib. Mövsümün ilk Premeyr Liqa yarışına 58 ölkədən 384 idmançı qatılıb.
Qahirədə həmçinin Premyer Liqanın ötən mövsümünün nəticələrinə əsasən yüksək reytinqli idmançılara “Grand Winner” mükafatı təqdim edilib. 12 karateçi arasında Əminağa Quliyev (Bakı, 1-ci yer, Rabat 3-cü yer, Qahirə 5-ci yer) və İrina Zaretska (Fuceyra 1-ci yer, Mataşinos 2-ci, Bakı 1-ci yer, Qahirə 3-cü yer) da bu mükafata layiq görülüb.

- Ölkə futbolu2023-03-17 12:08
Letiç: “Qarabağ” dəvət göndərsə, buna klub qərar verəcək”
- Milli komanda2023-03-17 18:36
De Byazi millinin iki oyun üçün heyətini açıqladı
- Ölkə futbolu2023-03-18 09:24
Gerye yenidən “Qarabağ”da
- Layihə2023-03-19 09:00
Təməl problemi: “Ən savadlı məşqçilər aşağı yaş qruplarında işləməlidirlər”