Digər idman növləri
Azərbaycan avarçəkənləri Avstriyada 5 medal qazandılar
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Azərbaycan avarçəkənləri Avstriyanın paytaxtı Vyanada təşkil olunan ənənəvi beynəlxalq “Vyana Reqatası”nda 5 medal qazanıblar.
Futbolinfo.az Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 120-ci dəfə təşkil olunan reqatada iştirak edən Azərbaycan avarçəkənləri 2 qızıl, 1 gümüş, 2 bürünc medal əldə ediblər.
Böyüklər arasında akademik avarçəkmə üzrə yığmamızın lideri Bəhmən Nəsiri 2000 metr məsafəyə yürüşdə A finalında qızıl medala sahib olub. Murad Sadıxov üçüncü yer tutub. Eyni məsafədə yüngül çəkidə mübarizə aparan Ziya Məmmədzadə A finalında finişi ikinci keçib.
Gənclər arasında Nurlan Paşayev 2000 metr məsafədə A finalında birinci olub. Yeniyetmələr arasında bir nəfərlik qayıqda 1500 metr məsafəyə yürüşdə Azər İlyasov A finalında bürünc medal qazanıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-01 14:10
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Milli komanda2024-07-01 08:00
AFFA-ya üsyan: futbolçular milli komandanın düşərgəsinə gəlmək istəmir
- Ölkə futbolu2024-07-01 08:59
“Neftçi” daha üç futbolçu ilə razılaşdı, biri yola salındı
- Ölkə futbolu2024-06-30 21:00
“Qarabağ”dan ayrıldı, Türkiyə klubu ilə müqavilə bağladı