Slovakiyanın paytaxtı Bratislavada yeniyetmə və gənclər arasında keçirilən kayak və kanoe üzrə 37-ci beynəlxalq “Bratislava Reqatası”nda Azərbaycan idmançısı bürünc medal qazanıb.

Futbolinfo.az xəbər verir ki, idmançılarımızdan Paşa Əsgərov 5000 metr məsafəyə kanoe qayığında finiş xəttinə üçüncü çatıb.

Amil Ramazanov 200 metr məsafəyə kayak yürüşlərdə uğurlu çıxış edərək A finalına yüksəlib. Lain o, yekun nəticədə ümumi yarış iştirakçıları arasında 8-ci sırada qərarlaşıb.

Qeyd edək ki, ümumilikdə komandamız reqatada 6 nəfərlik heyətlə təmsil olunub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp