Digər idman növləri
Azərbaycan “Prezident Kuboku”nda altıncı medalı qazandı
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Azərbaycan Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb.
Futbolinfo.az xəbər verir ki, Qiyas Əhmədov – Vacib Babayev (2008-2009-cu il təvəllüdlü) cütlüyü 200 metr məsafəyə kayak yarışında gümüş mükafata sahib çıxıb.
Bu gün başa çatacaq turnirdə 21 ölkə təmsilçiləri qüvvəsini sınayır. Azərbaycan idmançıları daha əvvəl 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)