Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək.

Futbolinfo.az Azərbaycan Həndbol Federasiyasının (AHF) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün start götürəcək yarışda 9 komanda mübarizə aparacaq.

Turnirdə yığmamızla yanaşı Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın komandaları mükafatlar uğurunda yarışacaq.

Millimiz Qazaxıstanın ALMATA REGİON, Özbəkistanın ROPSTTM və OKMK klubu ilə birgə A qrupunda çıxış edəcək. Həndbolçularımız ilk oyununu mayın 16-ı saat 10:30-da OKMK klubuna qarşı keçirəcək.

Qrup mərhələsində ilk iki yeri tutan komandalar yarımfinala yüksələcək. Turnirə mayın 21-də yekun vurulacaq.

Shares: