“Neftçi”nin futbolçusu Yuri Matias klubun televiziyasına açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, braziliyalı müdafiəçi Premyer Liqanın 9-cu turunda üz-üzə gələcəkləri “Qarabağ”la matça hazırlığın yüksək səviyyədə keçdiyini söyləyib:

“Oyundan-oyuna komandada inkişaf göz önündədir. Düşünürəm ki, “Qarabağ”la görüşə kimi tam hazır olacağıq. Həftəboyu üzərimizdə çalışırıq ki, oyun günü yaxşı vəziyyətdə olaq. Azarkeşlərimizin “Qarabağ”la matçda bizi dəstəkləmələrini istəyirəm. Onlarla birlikdə daha güclü oluruq”.

28 yaşlı oyunçu əzəli rəqiblə qarşılaşmaya özünü hazır sayır: “Ümid edirəm ki, mən də meydanda olacağam, komandama kömək edə biləcəyəm. Amma buna baş məşqçi qərar verir. Təəssüf ki, ötən turda iştirak edə bilmədim. Buna baxmayaraq, komanda yoldaşlarım uğurlu çıxış edərək, “Turan Tovuz” üzərində səfər qələbəsi qazandılar”.

Oktyabrın 8-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 19:30-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp