Bərdədə uşu-sanda idman növü üzrə rayon birinciliyi keçirilib. Yarışda 2008-2009, 2010-2011, 2012-2013 və 2014-2016-cı il təvəllüdlü 32 idmançı mübarizə aparıb.

Yarışdan öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Birincilikdə ilk üç yeri tutan idmançılar Qarabağ Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları ilə mükafatlandırılıb.

Shares: