Azərbaycanın 16 və 18 yaşadək basketbolçu qızlardan ibarət milliləri Bakıda keçirilən təlim-məşq toplanışının birinci mərhələsini başa vurublar.
Futbolinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi komandalar taktiki, texniki və fiziki çalışmaları mütəmadi şəkildə davam etdirərək, bir neçə uğurlu yoxlama oyunu da keçiriblər.
Bu yığmalar iyunun 26-da Avropa çempionatı öncəsi son hazırlıqlar üçün Kiprə yola düşücəklər. Kiprdə 7 gün təlim-məşq toplanışı keçirdikdən sonra U-16 yığmamız iyulun 9-dan 14-dək Cəbəllütariqdə baş tutacaq Avropa çempionatının C Divizionunun oyunlarına yollanacaq.