Bizi izləyin

Layihə

Bakıda mat!

blank
blank

Bakıda şahmat üzrə dünya kuboku yekunlaşdı. Bu il ölkəmizdə bir sıra beynəlxalq yarışlar keçirilib. Amma qeyd etdiyimiz yarış digərlərindən fərqlənir. Şahmat üzrə dünya kuboku heç şübhəsiz , bu il keçirilən turnirlər arasında ən mötəbəridir.

Bəzi fikirlərə görə, ölkəmizdə belə bir turnirin keçirilməsi düzgün deyil. Əvvəla onu qeyd edək ki, şahmat üzrə dünya kuboku reytinqinə görə Azərbaycanda təşkil edilən bir çox mənasız turnirlərdən qat-qat faydalıdır. İlk növbədə turnirin reytinqi və dünyada işıqlandırılması onun miqyasından xəbər verir. Bunlardan başqa turnirin ölkəmizdə keçirilməsi Azərbaycan şahmatının tərpənişinə yardım etməlidir. Nəyə görə tərpəniş dediyimizi isə qarşıdakı hissələrdə anlayacaqsınız.

Bu gün Azərbaycan şahmatının vəziyyəti ürəkaçan deyil. Bir çoxları burada Nicat Abbasovun yarımfinala çıxmasını qeyd edərək hər şeyin gözəl olduğunu söyləyə bilər. Ancaq bu, qanunauyğunluqdan da çox  istisna hala bənzəyir. Liderlərimizin fiaskosunun fonunda Nicatın bayrağımızı təkbaşına daşıması sevindirici haldır. Buna görə ona sürəkli alqışlar düşür. Ancaq digərlərinin nəticələri o qədər bərbad oldu ki, Nicatın uğurları da vəziyyəti müsbət rənglərə boyamadı.

Şahmatçılarımızın çıxışlarına ayrı-ayrılıqda baxmazdan əvvəl dünya kubokunun formatına diqqət yetirək. Adından göründüyü kimi, turnir kubok sistemi ilə keçirilib. Yəni uduzan şahmatçı mübarizədən kənarda qalır.

FİDE daha yüksək reytinqli şahmatçıların rahat irəliləməsi üçün güclüləri bir-birindən ayırmış və onları seksiyalar bölmüşdü. Hər bir görüş iki partiyadan ibarət idi. Klassik şahmatda üstün tərəf müəyyənləşmədikdə qalib tay-brekdə məlum olurdu. Şahmatçılar reytinqə görə bölündüyünə görə ilk 50 sırada olanlar birinci mərhələdən azad idilər. Seksiyalar üzrə parçalanma ilkin mərhələlərdə güclülərin bir-birilə düşməsinin qarşısını alırdı. Bu da ən yüksək reytinqə malik şahmatçıların həlledici mərhələlərə irəliləməsinə şərait yaratmaq üçün edilmişdi.

Dünya reytinqinin ön sıralarında olan bir sıra şahmatçı turnirdə iştirak etmirdi. İlk növbədə son dünya çempionu çinli Din Lijenin yoxluğunu qeyd etməliyik. Erməni şahmatçılar isə Bakıya gəlməkdən imtina etmişdilər.

Daha bir qeyd ediləsi məqam mükafat fondudur. Qalib şahmatçı 110 min ABŞ dolları qazandı. 2-ci yeri tutana 80, 3-cüyə 60, 4-cüyə isə 50 min qismət oldu. Daha bir stimul iddiaçıların turnirinə vəsiqə idi. Turniri ilk 3 yerdə bitirənlər dünya şahmat tacı uğrunda mübarizədə iştirak edəcəklər. Maqnus Karlsen, Rameşbabu Praqqnanandha və Fabiano Karuana mükafatları bölüşdürməklə istəyinə çatıb, Nicat isə ilk görüşdə qalib gəlməsinə baxmayaraq, ümumi hesabda Karuanaya uduzmaqla yuxarıda təsadüflə bağlı qeydlərimizi doğrulayıb.

blank

Beləliklə , Azərbaycan şahmatçılarının çıxışlarına diqqət yetirək. İlk növbədə reytinqə görə ən yüksək yerlərdə olan Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun nəticələrinə nəzər salaq. 2019-cu ildə dünya kubokunun qalibi olan və bu turnirin 7-ci şahmatçısı Teymur Rəcəbov yarışlara 2-ci mərhələdən başladı. Macar rəqib Viktor Erdeş üzərində qələbə qazanan Teymur 3-cü mərhələdən uzağa gedə bilmədi. İspaniyalı şahmatçı Xayme Santos Latasa ilə klassik partiyalar heç-heçə yekunlaşdığından tay-brek qalibi müəyyənləşdirdi. Təəssüf ki, qalib həmyerlimiz yox, ispan oldu.

Şəhriyar da mübarizəyə 2-ci mərhələdən başladı. Rəcəbov bir mərhələ keçdiyi halda, Məmmədyarov heç bunu da bacarmadı. Sinqapurlu Tin Sinyaoya məğlubiyyət bəlkə də Şəhriyarın karyerasının ən qara səhifələrindən biri oldu.

Eltac Səfərli də mübarizəni 1/64 finalda dayandırdı. O, FİDE bayrağı altında çıxış edən rusiyalı Andrey Yesipenkoya məğlub oldu. Eyni seksiyada yer alan Misrəddin İskəndərov hindistanlı Qumeş Dommaradju ilə bacarmadı. İnsafən qeyd etməliyik ki, Dommaradju turnirin 8-ci şahmatçısı idi və Misrəddinin ona məğlubiyyətində qeyri-adi bir şey yox idi. Son illər ən çox danışılan şahmatçılarımızdan biri olan Məhəmməd Muradlı da ümidləri doğrultmadı. Keçən il Azərbaycan çempionu olan və bir çox mütəxəssislər tərəfindən xüsusi istedada malik olduğu qeyd edilən Məhəmməd İran idmançısı Bardiya Daneşvar səddini keçə bilmədi və elə ilk mərhələdə mübarizəni dayandırdı. Rauf Məmmədov ona nisbətən daha uğurla çıxış etdi. 2 mərhələ keçdikdən sonra Rauf turnirin 4-cü şahmatçısı Yan Nepomnyaşiyə məğlub oldu. Klassik partiyalarda qalib olmadığından burada da tay-brek həlledici oldu.

Qeyd edək ki, 8-ci seksiyada yer alan Raufla Vüqar Əsədlinin qarşılaşması baş tuta bilərdi. Lakin bunun reallaşmasına rusiyalı şahmatçı imkan vermədi. Rauf Məmmədovdan bir mərhələ əvvəl o, Vüqar Əsədlini də məğlub etmişdi.

İlk raundda çinli Suy İnlunu məğlub edən Aydın Süleymanlı sonrakı mərhələdə yüksək reytinqə malik İran şahmatçısı Pərham Maqsudlu ilə bacarmadı. Nicat Məmmədovun da turnir yolu uzun sürmədi. O , ilk oyunda özündən reytinqdə aşağı pillərdə yerləşən Moldova təmsilçisi İvan Skitsoya məğlub oldu. Nicatla eyni seksiyada Qədir Hüseynov da çıxış edirdi. Yüksək reytinqə malik şahmatçılarımızdan biri olan Qədirin püşkdə bəxti gətirmişdi. İlkin mərhələdə onun rəqibi Nepal şahmatçısı Rupeş Caysval idi. Onu adladıqdan sonra Qədir Hüseynov çətinliklə də olsa, danimarkalı Yonas Bul Byerreni sıradan çıxartdı. 3-cü mərhələdə ilk dəfə olaraq özündən daha yüksək reytinqli şahmatçı ilə üzləşən həmyerlimiz məğlubiyyətlə üzləşdi. Amerikalı Lenyer Dominges Qədiri dünya kubokundan uzaqlaşdırdı.

12-ci seksiyada ölkəmizdən yalnız Vasif Durarbəyli var idi. O da Qədir kimi özündən daha aşağı olan şahmatçını ilk mərhələdə məğlub etdi. Ardınca isə reytinqdə daha yüksəkdə qərarlaşan Jül Mussara məğlub oldu.

blank

Dünya kubokunda 12 kişi şahmatçımız çıxış edirdi. Onlardan yalnız Nicat Abbasov 1/16 final mərhələsinə adlaya bildi. Qalan şahmatçılarımız mübarizəni erkən dayandırdı. Əlbəttə ki, onlardan bəzilərindən yüksək yerləri tələb etmək də düzgün deyil. Misal üçün, Abdulla Qədimbəylini qeyd edə bilərik. Dünya kubokunun gücünə görə 158-ci şahmatçısı olan Abdulla komanda yoldaşları ilə müqayisədə çox uğurlu bir turnir keçirdi. İlk mərhələdə özbəkistanlı Şəmsəddin Vahidova, 2-cidə ispaniyalı David Anton Gixarrona qalib gəldikdən sonra ABŞ-li Rey Robsona məğlub oldu. Rəqiblərin hər üçün reytinqə görə Abdulladan yuxarıda idilər – ispaniyalı turnirin 30-cu, ABŞ-li isə 35-ci şahmatçısı idi.

Göründüyü kimi, kişilərin çıxışı şahmatımızın bugünkü səviyyəsini qabartdı. Bəs, vəziyyətin belə həddə çatmasının səbəbləri nədir? Nəsildəyişmə prosesi bəhanə kimi görünə bilər. Çoxları güclü nəsildən sonra bir qədər boşluğun qanunauyğun olduğunu söyləyir. Ancaq bizim məsələdə bunu söyləmək olmaz. Çünki həmin qızıl nəsildən sonra gələn bir yox, bir neçə nəsil səviyyə baxımından əvvəlkilərdən geri qalır. Belə olan halda səbəbini başqa şeydə axtarmaq lazımdır.

Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyev daim şahmatın Azərbaycan üçün vacibliyini qeyd edib. Ümummilli liderin şahmatçılarla tez-tez görüşməsi , onlar üçün lazım olan şəraiti yaratması bu idman növünə sevgisindən xəbər verir. Ölkə prezidentimiz cənab İlham Əliyev də öz çıxışlarında dəfələrlə şahmatın inkişafının prioritet vəzifələrdən olduğunu dilə gətirib. Belə olan halda şahmatımızın tənəzzülünün səbəbi nədir?

Vaxtilə Azərbaycanda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 155 idman məktəbindən 66-sı şahmat idi. Bir tərəfdən bunu haqsızlıq saymaq olar. Çünki bir idman növünə bu qədər diqqət digərlərinə qarşı ögey münasibət bəsləmək deməkdir. Nazirlik də yəqin ki bunu əsas tutaraq şahmat məktəblərinin sayını azaltdı. Paytaxtda olan şahmat məktəblərinin bir neçəsi birləşdirildi. Regiondakılar isə ümumi idman məktəblərinin tərkibinə keçdi. Nəzərə almaq lazımdır ki, şahmatçının yetişməsi məhz oradan başlayır. Yəni bu gün uşaq şahmatçının hazırlanması Azərbaycan Şahmat Federasiyasından deyil, Təhsil Nazirliyindən asılıdır. Şahmat federasiyası artıq püxtələşmiş və həddi-buluğa çatmış idmançının inkişafına cavabdeh olur. Bəlkə də bu sistem öz-özlüyündə əngəllər yaradır.

Şahmat federasiyasının kifayət qədər büdcəsi var. Bu büdcə ilə federasiya özü Təhsil Nazirliyinin gördüyü işləri görə bilər. Nazirlik federasiyaya şahmatın kütləviləşməsində yardım etməli, ona maneələr törətməməlidir. Ölkədə Gənclər və İdman Nazirliyi olduğu halda idman məktəbləri Təhsil Nazirliyinin tabeliyində olmamalıdır. GİN isə özü hər bir şeyə biznes tərəfindən baxmamalıdır. Azərbaycanda idman biznes sahəsi olmamalıdır. Belə olduqda idmanımız inkişaf etməyəcək. Çünki ölkəmizdə idman növləri rentabelli deyil, idmana dövlət qayğısı lazımdır. Çünki bir idmançının peşəkar səviyyəyə qalxıb pul qazanmasına qədər keçdiyi yol böyük maliyyə vəsaiti tələb edir. Bunu isə hər valideyn etməyə hazır deyil. İmkanı olanlar üçün isə idman müəyyən vaxtdan sonra aktuallığını itirən bir əyləncədir.

Qadın şahmatçıların çıxışına diqqətlə nəzər yetirdikdə yuxarıda yazılanların həqiqət olduğunu bir daha isbatlamış olarıq. Kişi şahmatçıların reniomesini Nicat Abbasov xilas etdisə, qadınlarda ümumiyyətlə bunu bacaran tapılmadı. 5 şahmatçımızdan hamısının çıxışı fiaskodur. Xanım Balacayeva ilk mərhələdə özündən qat-qat aşağı reytinqli Sinqapur idmançısı Qonq Sinyauna məğlub oldu. Başqa şahmatçılarımız partiyaların birində heç-heçə etdiyi halda Xanım hər ikisində məğlubiyyətlə üzləşdi.

Günay Məmmədzadə reytinqinə görə ilk mərhələdən azad idi. İkincidən mübarizəyə qoşulan kimi yarışı dayandırdı. Ölkəmizin ən perspektivli şahmatçılarından olan Günayın da son vaxtlar eniş yaşadığını görürük. Gülnar Məmmədova ilk səddi keçdikdən sonra gürcüstanlı Nina Batsiaşviliyə məğlub oldu. Eyni aqibəti Gövhər Abdullayeva da yaşadı. Yalnız Ülviyyə Fətəliyevanın çıxışını müəyyən qədər qənaətbəxş adlandırmaq olar. O ilk iki səddi keçdikdən sonra dünya kubokunun 1 nömrəsi Ju Venjunla bacarmadı. Bununla da Azərbaycanın qadın şahmatçıları üçün vətəndə keçirilən dünya kuboku 3-cü mərhələdə yekunlaşdı.  Dünya kubokunu isə finalda Bolqarıstan təmsilçisi Nurgül Səlimovanı məğlub edən rusiyalı Aleksandra Qoryaçkina oldu.

Nə qədər absurd görünsə də, Azərbaycan hələ də dünya şahmatında sayılıb-seçilən ölkələrdən biri sayılır. Bunun da səbəbi vaxtilə qoyulan baza və yaradılan ifrastrukturdur. Bizim vəzifəmiz bu bazada ardıcıllığı və dayanıqlılığı təmin etməkdir. Nə qədər gec deyil, səhvlərimiz görüb yenidən inkişaf yoluna qədəm qoymalıyıq. Ayrılan pullar bu gün üçün yaşamaq və işin görüldüyü görüntüsü yaratmaq xatirinə deyil, gələcək perspektivə yönəldilməlidir.

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2023-08-29 01:27

“Atletiko”dan darmadağın

blank
Dünya futbolu2023-08-29 00:56

“İnter”dən inamlı qələbə

blank
Digər idman növləri2023-08-29 00:24

“Neftçi”dən 4-cü zəfər!

blank
Dünya futbolu2023-08-28 23:33

“Traktor”dan ilk qələbə

blank
Dünya futbolu2023-08-28 23:15

Koutinyo üçün iki seçim

blank
Ölkə futbolu2023-08-28 23:00

AFFA-da klub nümayəndələri ilə görüş keçirildi

blank
Dünya futbolu2023-08-28 22:46

“Ayaks”da gürcü futbolçu

blank
Ölkə futbolu2023-08-28 22:31

U-15 və U-16 Liqalarının püşkü atıldı

blank
Digər idman növləri2023-08-28 22:17

Bakıdakı DÇ-də daha bir növdə qaliblər bilindi

blank
Dünya futbolu2023-08-28 22:03

Taremi üçün son təklif

blank
Ölkə futbolu2023-08-28 21:43

Laçında saxlanılan erməni futboçular həbs edildi

blank
Ölkə futbolu2023-08-28 21:23

“Qələbə qazanmağa davam edəcəyik”

blank
Əvəzedicilər2023-08-28 21:01

“Neftçi”in əvəzediciləri qalib gəldi, “Qarabağ-2” xal itirdi

blank
Dünya futbolu2023-08-28 20:41

İspanlar UEFA-nı hədələdi

blank
Dünya futbolu2023-08-28 20:29

Lukaku yenidən İtaliyada

blank
Ölkə futbolu2023-08-28 20:20

Ayaz Quliyev rəsmən “Sabah”da

blank
Digər idman növləri2023-08-28 19:59

Bakıdakı DÇ-də növbəti mükafatçılar müəyyənləşdi

blank
Premyer-liqa2023-08-28 19:23

“Zirə”nin kapitanı 100-ə çatdı

blank
Digər idman növləri2023-08-28 19:00

“Sabah” daha bir transferi rəsmiləşdirdi

blank
Digər idman növləri2023-08-28 18:45

Ronaldinyo fırıldaqçılıqda ittiham olunur

blank
Dünya futbolu2023-08-28 18:30

“Arsenal”ın futbolçusu İspaniya klubunda

blank
Ölkə futbolu2023-08-28 18:12

“Neftçi”də yeni müqavilə

blank
Əvəzedicilər2023-08-28 18:00

“Araz-Naxçıvan” cəzalanacaq

blank
Dünya futbolu2023-08-28 17:40

Messi cəzalandırıla bilər

blank
Dünya futbolu2023-08-28 17:21

“Reyncers” Hacinin oğlunu icarəyə verdi

blank
Premyer-liqa2023-08-28 17:08

“Sabah” – “Turan Tovuz” oyununun biletləri satışda!

blank
Dünya futbolu2023-08-28 16:52

Anası prezidentə görə aclıq aksiyasına başladı

blank
Ölkə futbolu2023-08-28 16:35

Azərbaycan bayrağını təhqir edən 3 erməni futbolçu Laçında saxlanıldı

blank
Ölkə futbolu2023-08-28 16:23

“Qarabağ” və “Olimpiya”nın son məşqinin vaxtı açıqlandı

blank
Ölkə futbolu2023-08-28 16:12

“Bir neçə oyundan sonra daha yaxşı olacağıq”

blank
Premyer-liqa2023-08-27 23:59

“Kəpəz” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2023-08-27 21:51

“Neftçi”dən ilk qələbə – VİDEO

blank
Premyer-liqa2023-08-26 22:30

“Zirə” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-26 20:29

Şahin Diniyev: “İlk qolu yaxşı vaxtda vurduq” – VİDEO

blank
Premyer-liqa2023-08-26 19:53

Tovuzda 4 qol – VİDEO

blank
Premyer-liqa2023-08-25 22:56

“Sumqayıt”dan ilk xal itkisi – VİDEO

blank
Premyer-liqa2023-08-20 23:38

“Sabah”la “Neftçi”nin heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-20 21:45

“Qarabağ” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-18 23:17

“Kəpəz” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:23

Azər Məmmədov: “Bu şərait və büdcə ilə razılaşmışamsa…” – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:17

“Gəncədə “Kəpəz”i məğlub etmək çox çətindir” – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:45

“Neftçi” “Beşiktaş”la səfərdə də bacarmadı – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:32

“Sabah” Belqradda belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:16

“Qarabağ” pley-offa belə adladı – VİDEO

blank
Premyer-liqa2023-08-14 23:36

“Neftçi”nin “Səbail”lə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-13 22:12

“Qarabağ”dan darmadağın – VİDEO

blank
Premyer-liqa2023-08-13 00:12

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-12 21:32

“Qəbələ” yenə məğlub oldu – VİDEO

blank
Dünya futbolu2023-08-11 12:00

“Neftçi” “Beşiktaş”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:32

“Sabah”ın “Partizan” üzərindəki inamlı qələbəsi – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:05

“Qarabağ”dan Finlandiya klubu üzərində çətin qələbə – VİDEO

blank
Ölkə futbolu2023-08-09 17:14

“Növbəti mərhələyə ilk addımı birlikdə ataq!” – VİDEO

blank
Premyer-liqa2023-08-06 22:30

“Sabah”dan “Qəbələ”yə 5 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2023-08-06 20:44

“Kəpəz” “Neftçi”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-06 20:00

“Neftçi”ni udsaq da, böyük bir iş görməmişik” – VİDEO

blank
Premyer-liqa2023-08-06 19:49

Mutu: “Nə məğlubiyyətə, nə də qələbəyə layiq idik” – VİDEO

blank
Ölkə futbolu2023-08-06 13:00

“Kəpəz” yeni formalarını təqdim etdi – VİDEO

blank
Premyer-liqa2023-08-05 23:57

“Zirə”nin “Qarabağ” üzərində ilk qələbəsi – VİDEO

blank
Premyer-liqa2023-08-05 21:43

“Sumqayıt”dan darmadağın – VİDEO

blank
Premyer-liqa2023-08-04 23:50

“Turan Tovuz”dan darmadağın – VİDEO

Facebook

Gündəm