Bakıda səfərdə olan Qazaxıstanın Azərbaycan əsilli UFC döyüşçüsü Rafael Fiziyevin mətbuat konfransı keçirilib.
Futbolinfo.az xəbər verir ki, Bakı Gənclər Mərkəzində təşkil olunan tədbirdə iştirak edən Fiziyev, Azərbaycana ilk səfəri barədə fikirlərini bildirib:
“Bura gəldiyim üçün çox xoşbəxtəm. Bakıya gəlməyi çoxdan arzulayırdım. Bakı gözəl, təmiz şəhərdir. Burada dərhal doğmalıq hiss etdim. Müsbət emosiyalar var. Bura Gənclər və İdman Nazirliyi tərəfindən dəvət olundum. Bakıda dostlarımız var, onların vasitəsilə əlaqə saxlamışdıq. Azərbaycana gəlmək çoxdankı arzum idi. Çünki burada olmamışdım. Ölkəmizi görməyi çox istəyirdim.
Azərbaycanda yaxşı idmançılar var. Hansı ki, onlar kifayət qədər titular qazanıblar. Tofiq Musayev, Nəriman Abbasov kimi idmançıların adlarını çəkə bilərəm. Onlar Rusiyada çox qələbələr qazanıblar. İnanıram ki, bu idman növü Azərbaycanda inkişaf edəcək”.