Ölkə futbolu
Barış Şimşək hakimlərin səhvini təsdiqlədi: “VAR-a müraciət olunmamalıydı”

Misli Premyer Liqasının 20-ci turunda baş tutan “Neftçi” – “Zirə” matçı müzakirə mövzusudur. Turun bağlanış oyununda hakimlərin qonaqların futbolçusu Donald Geryeni meydandan qovması birmənalı qarşılanmadı.
Futbolinfo.az xəbər verir ki, oyundan sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov hakimlərin VAR-a müraciət etməsinin, yekunda haitili legionerə vərəqə göstərməsinin doğru olmadığını söyləmişdi. Daha öncə ofsayd qərarı verildiyindən buna ehtiyac yox idi.
AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək də canlı efir zamanı bunu təsdiqləyib. O, hakimlərin VAR-a müraciət etməsinin yanlış olduğunu bildirib.
Xatırladaq ki, fevralın 1-də “Bakcell Arena”da baş tutan və “Neftçi”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşan matçın baş hakimi Rəşad Əhmədov, VAR hakimi Nicat İsmayıllı idi.
P.S.: Maraqlıdır, görəsən, bu etirafdan sonra AFFA İntizam Komitəsi Donald Geryenin ikinci sarı vərəqəsini ləğv edəcəkmi?


- Ölkə futbolu2023-03-30 19:53
“Transfer məsələləri ilə menecerim maraqlanır, yayda baxacağıq”
- Ölkə futbolu2023-03-31 11:34
Amin Ramazanov İkardi ilə nədən danışıb?
- Premyer-liqa2023-03-31 17:23
“Turan Tovuz” “Sumqayıt”a doğma meydanda uduzdu
- Dünya futbolu2023-03-31 09:17
Kvaratsxeliya İtaliyada ilkə imza atdı