Dünya futbolu
“Barselona” Kessyeni saxlamağa məcburdur

Frank Kessye “Barselona”da qalacaq. Onunla bağlı qərar verilib.
Futbolinfo.az xəbər verir ki, İspaniya klubu Kot d İvuar millisinin üzvü üçün gələn bir neçə təklifdən imtina edib. Yarımmüdafiəçi heyətə düşə bilməsə də, “Barselona” dayaq bölgəsində yetərli alternativin olmaması üzündən belə qərara gəlib.
Son günlər ispanlar “Napoli”, “İnter” və adı açıqlanmayan ingilis klubundan 25 yaşlı Kessye üçün rəsmi təkliflər alıb. Futbolçu kifayət qədər oyun şansı almadığından getmək istəsə də, klubu onu saxlamağı lazım bilib. Yayda yenidən bu məsələyə qayıdılacaq və Frankın transfer mümkün olacaq.
Bu il “Milan”dan azad agent kimi gələn afrikalının transfer qiyməti 35 milyon avro olaraq dəyərləndirilir.

Reklam
- Ölkə futbolu2023-02-02 11:12
“Kəpəz”də legioner alveri
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-02 13:10
“Zirə” nigeriyalı futbolçu ilə razılığa gəldi
- Müsahibə2023-02-02 15:11
Təmkin xaricdən dəvət gözləyir: o, formada qalmaq üçün futzal klubunu seçib