Rusiyanın “Zenit” komandasının baş məşqçisi Xavyer Paskual “Anadolu Efes”ə keçə bilər. Bu barədə İtaliya mətbuatı məlumat verib.

Mənbənin xəbərinə görə, İstanbul klubu ilə mütəxəssis arasında şifahi razılaşma əldə edilib. İmzalanma mərasimi isə mövsüm başa çatdıqdan sonra olacaq.

Paskual 4 ildir ki, “Zenit”in baş məşqçisidir. Keçən mövsüm o, Avroliqanın ən yaxşı baş məşqçisi seçilmişdi. Ona qədər isə mütəxəssis “Barselona”nı çalışdırmışdı.

“Anadolu Efes” hazırda Avroliqada 10-cu pillədədir. Komandanın baş məşqçisi müvəqqəti olaraq Tomislav Miyatoviçdir.

Shares: