Dünya futbolu
“Barselona”da daha bir ciddi itki

“Barselona”nın danimarkalı müdafiəçisi Andreas Kristensen milli komandanın düşərgəsində zədələnib.
Futbolinfo.az xəbər verir ki, o, AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində ötən gecə baş tutan Finlandiya ilə oyunda (3:1) sıradan çıxıb.
Kristensenə sol baldır əzələsinin yırtığı diaqnozu qoyulduğu iddia edilir. Onun sağalması üçün ən azı 3-4 həftə vaxt lazımdır. Futbolçu bu gün “Barselona”nın düşərgəsinə qayıdacaq və bundan sonra onun diaqnozu dəqiqləşəcək. Danimarkalı İspaniya kubokunun yarımfinalında “Real”a qarşı keçirəcəkləri cavab oyununda kataloniyalılara kömək edə bilməyəcək. Həimin oyun aprelin 5-də baş tutacaq.
Xatırladaq ki, “Barselona”da Ronald Arauxo, Frenki De Yonq və Usman Dembele də zədədən əziyyət çəkir.

- Ölkə futbolu2023-06-08 15:17
“Qarabağ”da daha bir vida – Aftandil Hacıyevlə əvəzlənəcək
- Müsahibə2023-06-08 09:17
“Qəbələ”nin rəhbərliyindən narazıdır: “Mənə dəyər vermirlərsə, getməliyəm”
- Digər idman növləri2023-06-09 09:44
AGİN-dən biabırçı təşkilatçılıq
- Dünya futbolu2023-06-08 10:11
Mahir Emreli “Konyaspor”la vidalaşdı